150 partlayıcı oyuncaq aşkarlandı

150 partlayıcı oyuncaq aşkarlandı
16:42 31 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Bu, Bakı, Xırdalan və Sumqayıtdakı ticarət obyektlərində keçirilən reyd zamanı aşkarlanıb
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçirdikləri reydlər zamanı ticarət obyektlərindən ümumilikdə 150 minə qədər yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar ediblər.
Milli.Az "Report"a istinadən bildirir ki, reyd zamanı Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki satış yerlərindən 8 minə yaxın yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb. Müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib.
Məlumatda bildirilib ki, Yeni il bayramı ərəfəsində daxili işlər orqanlarının əməkdaşları qanunvericiliyin tələblərinə əsasən, partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR