“H” saylı hərbi hissədə “Açıq qap” günü keçirilib

“H” saylı hərbi hissədə “Açıq qap” günü keçirilib
17:18 31 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 31 dekabr, Adil Ağayev, AZƏRTAC 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Kürdəmir rayonundakı “H” saylı hərbi hissənin əsgər və zabitləri üçün ikiqat bayram sevinci yaşadıb. Belə ki, hərbi hissədə “Açıq qapı” günü keçirilib və yüz nəfərdən çox valideyn, məktəbli onların qonağı olub.
AZƏRTAC xəbər verir ki, öncə qonaqlar hərbi hissənin həyətində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına çiçək qoyublar.
Sonra qonaqlar əsgər yeməkləri, geyimləri, onlara göstərilən tibbi xidmət, yaradılan istirahət şəraiti barədə hərtərəfli məlumatlandırılıblar.
Valideynlərin zabitlərlə görüşü olub. Görüşdə hərbi hissənin yaranma tarixi barədə məlumat verilib, suallar cavablandırılıb.
“Açıq qapı” gününə Cəbrayıl rayonundan gələn Nizami Əhmədov AZƏRTAC-ın müxbirinə aldığı təəssüratdan danışaraq deyib: “Azərbaycan Ordusu çox qüdrətlidir. Bunun bir daha şahidi oldum . Əsgər və zabitlərimizdə olan yüksək əhval-ruhiyyə məni çox sevindirib. Biz Ordumuzla fəxr edirik. Silahlı qüvvələrimiz hər an düşməni diz çökdürməyə qadirdir”.
“Açıq qapı” gününün iştiraçıları əsgər süfrəsi arxasında birgə nahar ediblər.
Axırda rayon musiqiçilərinin ifasında geniş konsert proqramı verilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/H_sayli_herbi_hissede_Achiq_qap_gunu_kechirilib-915733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR