Şaxtadan ölənlərin sayı artır

Şaxtadan ölənlərin sayı artır
17:47 31 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Meksikanın şimalında güclü şaxtalar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, ölənlərin üçü Çiuaua ştatının sakinləridir. Bundan əvvəlsə yerli hakimiyyət orqanları Sonora ştatında 3 nəfərin öldüyünü bildirmişdi. Onlardan ikisi evlərini qızdırarkən dəm qazından, biri isə donvurmadan dünyasını dəyişib.

Meksikanın Mülki Müdafiə Xidməti hələ çərşənbə günündən Çiuaua ştatının 20 bələdiyyəsinə güclü qar və şaxta ilə bağlı fövqəladə vəziyyət xəbərdarlığı edib. Həmin ərazidə yaşayan sakinlər üçün ərzaq, geyim və dərman alınması üçün xüsusi fonddan vəsait ayrılması nəzərdə tutulub.

15 dərəcəyədək şaxta və güclü qar səbəbindən Çiuaua ştatının 40 inzibati rayonunda yollar bağlanıb, turizm bölgəsindəki Basaseaçi şəlaləsində güclü qara görə 60 avtomobilin hərəkəti iflic olub.

Meteoroloqlar isə şaxta və qarın Cənubi Kaliforniya, Sonora və Çiuaua ştatlarında davam edəcəyini xəbər verir. Qar xəbərdarlığı həmçinin Duranqo və Koauila ştatlarına da edilib.

Meksika son 50 ildir, güclü şaxtalardan əziyyət çəkir. 2006-cı ilin yanvarında ölkənin şimal və mərkəzi ştatlarında özünü göstərən güclü qar və şaxta 57 nəfərin ölümünə səbəb olmuşdu.
2011-ci ildə isə Meksikada temperaturun -18 dərəcəyədək düşməsi 6 nəfərin ölümü ilə nəticələnmişdi. Həmin vaxt dövlət bütün zavod və fabriklərin fəaliyyətini dayandırmışdı. 17 elektrik stansiyasının işi iflic olmuşdu.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR