Müdafiə naziri Gəncədəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib

Müdafiə naziri Gəncədəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib
19:13 31 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ müdafiə naziri gözlənilmədən Əfqanıstana getdi (24 Aprel 2017 15:17)
Müdafiə naziri və Baş Qərargah rəisi istefa verdi – TERROR AKTINA GÖRƏ (24 Aprel 2017 13:33)
Hücum oldu - Müdafiə naziri istefa verdi (24 Aprel 2017 12:52)


Bakı, 31 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən “Açıq qapı” gününün keçirilməsi ənənəyə çevrilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən “Açıq qapı” günü də xalqla ordunun birliyinin təzahürü oldu.
Gəncə şəhərindəki hərbi hissədə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri, Milli Məclisin deputatları, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əlamətdar gün münasibətilə hərbi hissəyə gələn müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Sonra əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşən müdafiə naziri bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Z.Həsənov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Məqsədimiz budur ki, ölkə rəhbərliyinin və xalqımızın bizə göstərdiyi yüksək etimadı doğruldaq, işğal altında olan torpaqlarımızı azad edək.
Əsgər valideynləri ilə səmimi söhbət edən nazir onları maraqlandıran sualları cavablandırıb. Qeyd edib ki, əsgər valideynləri, ictimaiyyət nümayəndələri onları narahat edən məsələlər, problemlər barədə istədikləri vaxt müraciət edə bilərlər.
Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib. “Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyn kimi də məni sevindirir. Qürur hissi keçirirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı vətən müdafiəçiləri sırasındadır”, - deyə N.Tağıyev deyib.
Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı son illər həyata keçirilən tədbirlərin vətənimiz və xalqımız üçün qürurverici olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizin bütün guşələrində hərbi qulluqçular üçün müasir tələblərə cavab verən, hərbi xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Qətiyyətlə demək olar ki, hərbi qulluqçularımızın vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir. Biz cəbhə bölgələrində dediklərimizin dəfələrlə şahidi olmuşuq. Bu gün bizim üçün həm də unudulmayan, yaddaşlara yazılan bir gündür. Hərbi qulluqçularla birgə bayramları birgə qeyd edirik. İnanıram ki, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə növbəti bayram günlərini Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında və digər müvəqqəti işğal altında olan torpaqlarımızda keçirəcəyik.
95 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov və əsgər anaları xalqımıza ən böyük arzumuz, istəyimiz olan qələbə sevinci arzulayıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək hərbi qulluqçuları, əsgər valideynlərini bayram günləri münasibətilə təbrik edərək onlara qələbələr arzulayıb.
Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib. Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Sonra valideynlər, ictimaiyyət nümayəndələri, qonaqlar əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər. Azərbaycan Respublikasının Xalq Artisti Azərinin oxuduğu mahnılar rəğbətlə qarşılanıb.















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tramp "erməni soyqırımı" ifadəsini işlətmədi, amma...

24 Aprel 2017 19:17

Messi hələlik 8-ci yerdədir

24 Aprel 2017 19:17

Premyer Liqa:

24 Aprel 2017 19:17

"Mənə perspektivi görmək lazımdı" - Roman Qriqoqrçuk

24 Aprel 2017 19:14

Lalə Məmmədovanın Nərgizi - FOTO

24 Aprel 2017 19:12

Afrika sevgisi yazıçını ölümlə üz-üzə qoydu

24 Aprel 2017 19:08

Bakıda istismar müddəti 50 il əvvəl bitən "ölüm evləri" - FOTO

24 Aprel 2017 19:05

Elmar Məmmədyarov Litva xarici işlər naziri ilə görüşdü - FOTO

24 Aprel 2017 19:05

Akif Çovdarovun məhkəməsi: Şahidlər ifadə verdi

24 Aprel 2017 19:05

İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı sərəncam imzalandı

24 Aprel 2017 18:59

Maraqlı ADDIM: burada lüt şəkil çəkdirən hər kəs...

24 Aprel 2017 18:58

Tanınmış musiqişünas-alim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalandı

24 Aprel 2017 18:57

Türkiyənin İrandakı səfirliyinin binası qarşısında aksiya - FOTO

24 Aprel 2017 18:57

Prezident Ramiz Zöhrabovla bağlı nekroloq imzalayıb

24 Aprel 2017 18:54

Sabirin şeirləri orta məktəblərdə qadağan olunmalıdır? - RƏYLƏR

24 Aprel 2017 18:53

Məktəbli qızların mesajlaşması cinayətin üstün açdı: 1 ildir müəllimi ilə...

24 Aprel 2017 18:52

Çovdarov işində: "Pul verməməyin dərdindən hamını aldadırdı"

24 Aprel 2017 18:49

Tibb işçilərinin cərimələri artırılır

24 Aprel 2017 18:44

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

24 Aprel 2017 18:42

"Gənclər Kuboku" 4 idman növü üzrə yarışlarını yekunlaşdırdı

24 Aprel 2017 18:42

​Kənan Hacının imza günü olacaq

24 Aprel 2017 18:38

Prezident İlham Əliyev: "Soyqırımıda birbaşa əli olan şəxslərin hələ də cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir"

24 Aprel 2017 18:37

“HTC” şirkəti tarixdə ilk dəfə virtual reallıq peykini orbitə buraxacaq

24 Aprel 2017 18:35

Almatıda bütün metro stansiyaları təxliyə edilir - BOMBA TƏHLÜKƏSİ

24 Aprel 2017 18:32

Ölən insanın necə dirilə biləcəyi AÇIQLANDI

24 Aprel 2017 18:32

Məşhur aktyor vəfat etdi

24 Aprel 2017 18:30

II Dünya müharibəsi RƏNGLİ FOTOLARDA

24 Aprel 2017 18:28

Bu azərbaycanlı axtarışa verildi - FOTO

24 Aprel 2017 18:27

"Real"ı məyus edən alman sevgilisi ilə... - FOTO

24 Aprel 2017 18:22

Fahişəlik və qumara görə ağır cərimələr

24 Aprel 2017 18:19

Ərdoğan düşmənlərimizə SƏSLƏNDİ: “Çox dəyərli erməni...”

24 Aprel 2017 18:18

"Gözəllik kraliçası" yenidən səhnədə - FOTO

24 Aprel 2017 18:17

Ticarət festivalı ərzində 6,3 mln. manatlıq mal alınıb

24 Aprel 2017 18:14

Kamran Şahsuvarlı: "İslamiadada boks üzrə əsas rəqiblərimiz qazax və özbəklər olacaq" - FOTO

24 Aprel 2017 18:12

Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir

24 Aprel 2017 18:12

Azərbaycanlı qız efirdə erməni mahnısına oynadı

24 Aprel 2017 18:12

Bu görüntülər hamını qorxudur,

24 Aprel 2017 18:10

Ticarət festivalında neçə milyonluq alış-veriş edildi? - RƏSMİ RƏQƏM

24 Aprel 2017 18:09

Merkurinin ölçüləri kiçilib - FOTOLAR

24 Aprel 2017 18:08

Məmurla sevgili olduğu deyilən Samirə: "Əl çəkin..." - FOTO

24 Aprel 2017 18:05

Dövlət Gənc Tamaşaçılar Teatrı İslamiadaya tam hazırdır

24 Aprel 2017 18:05

Lavrov: “Çeçenistanda homoseksualları müdafiə edəcəyik”

24 Aprel 2017 18:03

Balkan Departamentinin rəhbəri Yevgeniy Alimovla görüş

24 Aprel 2017 17:59

Bu əmələ görə cərimə artırılır

24 Aprel 2017 17:57

Miqrantları aparan qayıq batdı - 16 ÖLÜ

24 Aprel 2017 17:57

Xəzərdə 200-dən artıq neftçi təxliyə edildi

24 Aprel 2017 17:55

Avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb - AĞSTAFADA

24 Aprel 2017 17:54

Məktəbdə PARTLAYIŞ: 1 ölü, 11 yaralı - VİDEO

24 Aprel 2017 17:53

"İnter"in 3 futbolçusu "Neftçi"yə keçir

24 Aprel 2017 17:52

Məşhur aparıcı Mədəniyyət kanalını OĞURLUQDA İTTİHAM ETDİ

24 Aprel 2017 17:48