Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Küveyt də qənaətə keçdi

Küveyt də qənaətə keçdi

İlham Əliyev Küveyt əmirinə məktub göndərdi (24 Fevral 2017 18:58)
Azərbaycan Prezidenti Küveyt Dövlətinin əmirini təbrik edib (24 Fevral 2017 18:32)

Tarix: 31 Dekabr 2015 19:37

Küveyt hökuməti 2016-cı ilin büdcəsində neftin baza qiymətini 30 dollar/barel səviyyəsində təsdiq edib.
Milli.Az "Report"a istinadən bildirir ki, gələn il Küveyt hökuməti neft gəlirlərini 7,16 mlrd. dinar (23,6 mlrd.dollar) olacağını proqnozlaşdırır.
Küveyt, gələn il yanacaq subsidiyalarını əsaslı şəkildə azaltmaq və bir sıra islahatlar həyata keçirməklə 1-2 mlrd. dinar (3,3-6,6 mlrd. dollar) qənaətə nail olmaq fikrindədir. Qeyd edək ki, Küveytin 2015-ci il büdcəsində neftin baza qiyməti 45 dollar/bareldən götürülüb və büdcə kəsiri 27 mlrd. dollar səviyyəsində təsdiq olunub.
Qeyd edək ki, dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən Küveyt də daxil olmaqla, 13 OPEC ölkəsindən 9-u 2015-ci ildə büdcə kəsiri ilə üzləşib.
Bir qədər əvvəl Səudiyyə Ərəbistanı da 2016-cı ilin büdcəsini ictimaiyyətə açıqlayıb: neftin baza qiyməti - 29-37 dollar/barel (son 10 ilin ən aşağı həddi).
Azərbaycan isə 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətini 50 dollar/barel səviyyəsində təsdiq edib. Qeyd edək ki, hazırda Azərbaycan neftinin dünya bazarında qiyməti 37-38 dollar/barel təşkil edir.
Milli.Az


Teqlər:  Küveyt qənaətə keçdi



RƏYLƏR


Top xəbərlər