2015-ci ildə boşanan məşhurlar - SİYAHI

2015-ci ildə boşanan məşhurlar - SİYAHI
21:57 31 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il il incəsənət nümayəndələri arasında boşananlar xeylidir.
Milli.Az anspress-ə istinadən bildirir ki, dörd il əvvəl ailə quran azərbaycanlı model Günay Musayeva ilə aktyor Tolqa Karel rəsmi şəkildə boşanıblar. Onların qalmaqallı şəkildə ayrılması Türkiyə və Azərbaycan mediasında uzun müddət gündəmdə qaldı.

Müğənni Elton Hüseynəliyev və prodüser Toma cütlüyü avqustda rəsmən boşanıb. Cütlüyün iki qız övladı var.

Yola salmaqda olduğumuz 2015-ci ildə yerli şou-biznesdə boşanma hadisələrinə o qədər də rast gəlinmədi. Amma xarici şou-biznesdə bir çox məşhurlar yollarını ayırıblar.

10 ildir ki, birgə yaşayan aktirisa Cennifer Qarner və aktyor Ben Afflek bu il xəyanətə görə böyük problemlər yaşadı. Ben Afflek uşaqlarının dayəsilə olan söz-söhbət onların ayrılmasını səbəb olub. İlin sonuna yaxın isə uşaqlarına görə eyni evə köçən cütlük hazırda psixoloqun yayına gedir.

Münasibətlərinə son qoyan daha bir çütlük isə model İrina Şeyk və futbolçu Kriştian Ronaldo olub. İdeal çütlüklərin ayrılma səbəbi kimi isə Ronaldonun Rus modelinə tez-tez xəyanət etməsi göstərilir.

2015-ci ilin əvvələrində ayrılan sevgililərin xəbəri uzun müddət gündəmdə qaldı. O zamandan sonra Ronaldonun müxtəlif sevgi hekayələrində adı hallansa da, İrina artıq hollivud ulduzu Bredli Kuperlə ailə qurmağa hazırlaşır. Elə Bredli Kuper də bu il iki illik sevğilisindən ayrılıb. Qısa müddət sonra Bredli İrina Şeyklə sevği romanına başlayıb.

Aktirisa Şarliz Teron və aktiyor Şon Penn ilin ən təəccüblü ayrılıqlarından sayılır. Ötən ilin əvvəlində sevğili olduqları bəlli olan cütlük qısa zamanda ideal ikiliyə çevrilmişdir.

Hətta Şon Penn Şarliz Teronun uşaqlarının rəsmi atası olmaq üçün müraciət də etmişdir. Amma nişanladıqdan qısa müddət sonra, ayrılan cütlük ciddi münasibət istəmədiklərini deyiblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/394575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR