Əhməd Davudoğlu xəbərdarlıq etdi

Əhməd Davudoğlu xəbərdarlıq etdi
22:32 31 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Türkiyə iqtisadiyyatına demək olar ki, mənfi təsir göstərməyib, perspektivdə isə bu hər iki ölkəyə zərər vuracaq.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu NTV kanalına müsahibəsində deyib.
 
"Əgər təyyarə insidentindən sonra rus rublunun və türk lirəsinin tənəzzülünü, həmçinin bu böhranın hər iki ölkənin iqtisadiyyatına təsirini müqayisə etsək, biz mənfi nəticələrlə üzləşməmişik. Biz turizm və aqrar sektorlarının müdafiəsinə yönələn müvafiq tədbirlər həyata keçirmişik, sahibkarlara yardım göstəririk, yeni bazarlara üz tuturuq. O ki qaldı embarqoya, Rusiya vaxtilə Avropa İttifaqının sanksiyalarından gileylənirdi, indi isə özü eyni addım atır. Belə vəziyyətdə hər iki ölkəyə zərər dəyir", deyə Ə.Davudoğlu bildirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR