Lənkəranda istifadəyə yararsız ət məhsulları zərərsizləşdirilib

Lənkəranda istifadəyə yararsız ət məhsulları zərərsizləşdirilib
22:33 31 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 31 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Osakücə kəndinin yaxınlığındakı meşə massivində ölü vəziyyətdə aşkarlanmış 2 baş iribuynuzlu heyvan cəsədindən götürülmüş nümunələrin nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, laborator müayinə zamanı həmin nümunələrdə bakterioloji çirklənmə aşkarlanıb və ətin istifadəyə yararsız olduğu müəyyənləşdirilib.
Heyvanların cəmdəyi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində xüsusi ayrılmış yerdə torpağa basdırılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsi və Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı rayonun Osakücə kəndinin meşə ərazisində ölmüş 2 baş heyvan cəmdəyi, reyddən sonra isə daha 1 baş heyvanın cəmdəyi aşkarlanıb.
Heyvan cəsədləri Masallı rayonunun Boradigah kənd sakini Müslüm Cəfərov tərəfindən "QAZ-24" markalı, 12 BA 284 dövlət nömrə nişanlı maşında daşınarkən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_istifadeye_yararsiz_et_mehsullari_zerersizlesdirilib-915749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR