Məşhur aktyor müsəlmanları müdafiə etdi (FOTO)

Məşhur aktyor müsəlmanları müdafiə etdi (FOTO)
01:06 1 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ -ın yeni zənciləri, artıq müsəlmanlardır”. ANS PRESS-in məlumatına görə, bu sözələri məşhur amerikalı aktyor Samuel L. Jackson son vaxtlar ABŞ da müsəlmanlara qarşı mənfi münasibətə fikir bildirərkən deyib.

Belə ki, çoxsaylı filmlərdə rol alan aktyor jurnallardan birinə verdiyi müsahibədə ölkədə müsəlmanlara qarşı olan ayrı-seçkiliyi kəskin şəkildə pisləyib.

“ Parisi qana bulayan terror hadisləri və ABŞ-ın San Bernardino şəhərində baş verən, 14 insanın ölümü ilə nəticələnən qanlı hadisələr əksər insanlarda müsəlmanlara qarşı ayrı-seçkiliyə səbəb oldu.

San Bernardinoda baş verən qanlı terror zamanı bunu psixoloji problemləri olan bir ağdərilinin törətdiyini eşitməyi ümüd edirdim, çünki bu cür hadisələr müsəlmanlara qarşı münasibətlərin daha da pisləşməsinə səbəb olur”.


Samuel L. Jackson aktyor.

Aktyor milyarder Donald Trampın və digər prezidentliyə nazmizədlərin müsəlmanlara qarşı yürütdüyü siyasətin məscidlərə və müsəlmanlara hücumların artmasına səbəb olduğunu vurğuladı.

Jackson siyasətçilərin müsəlmanları hədəf göstərməsini səhv adlandıraraq “ İndi amerikalıların müsəlman qonşularından ya da dostlarından şübhələnmək üçün qanuni bir səbəbi var. Artıq zəncilərə qarşı haqsızlıqlar öz yerini müsəlmanlarla qarşı ayrı-semkiliklə əvəzləyib”deyə fikirlərini bildirdi.

Aktyor 1994-cü ildə çəkildiyi “Kriminal qiraət” filmində oynayaraq məşhurlaşıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR