İrandan ABŞ-a cavab

İrandan ABŞ-a cavab
03:31 1 Yanvar 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

İran hakimiyyəti ABŞ-ın sanksiyalarının mümkün genişlənməsinə qarşı qətiyyətli cavabla çıxış edib.

ANS PRESS-in məlumatına görə, İran prezidenti Həsən Ruhani Müdafiə Nazirliyinə raket proqramını genişləndirməyi əmr edib.

IRNA dövlət agentliyinin bildirdiyinə görə, hakimiyyət belə addımı başqa ölkənin daxili işlərinə qanunsuz müdaxilə siyasətini təqib edən ABŞ-nın mümkün hücümlarından müdafiəyə ehtiyac olduğu halda cavab verməyi bacarmaq üçün atıb.


Həsən Ruhani - İran prezidenti

Daha əvvəl Amerika KİV-i Vaşinqtonun İranla bağlı niyyəti haqqında bəzi detalları açıqlayıb. Mətbuatın verdiyi xəbərlərə görə, ABŞ ballistik raketlərin yaradılmasının İran proqramıyla bağlı olan bəzi şəxslər və şirkətlər barəsində sanksiyalar tətbiq etməyə hazırlaşır. Hələ dekabrın əvvəllərində ABŞ növbəti dəfə İrana xəbərdarlıq edib. Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib ki, Vaşinqton Tehranın nüvə sahəsində fəaliyyətini təhlükəli hesab etsə, İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək.



Ernsetin sözlərinə görə, ABŞ-ın milli təhlükəsizlik sahəsindəki nümayəndələri İranın nüvə sahəsində fəallığına yeni sanksiyaların təsirli müqavimət göstərə biləcəyi qənaətinə gəlsə, əlavə tədbirlərin həyata keçiriləcəyi istisna edilmir.


Vyanada İran və "Altılıq" ölkələri arasında müzakirə

"Artıq ABŞ sanksiyaları İranın uzaq mənzilli raket buraxılışı ilə əlaqəsi olanlara qarşı tətbiq edilir", deyə Ağ Ev rəsmisi bildirib. Bu ilin iyul ayında Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.


İran xəritədə

Saziş mətnində beynəlxalq müfəttişlərin İranın bütün şübhəli obyektlərinə, o cümlədən hərbi obyektlərə baş çəkmək hüququ təsbit edilib. Saziş imzalandıqdan sonrakı 1 ay müddətində İrana qarşı tətbiq olunmuş sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə ləğv olunub.

Qeyd edək ki, İran sanksiyaların ləğvindən sonra neft hasilatını ciddi şəkildə artırmağa və gündəlik 1,2 milyon bareldən 2,3 milyon barelə çatdırmağa planlaşdırırdı.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR