Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının Beynəlxalq Hava Limanının işində problem gözlənilmir

Bakının Beynəlxalq Hava Limanının işində problem gözlənilmir

Date: 1 January 2016 09:42

Hava şəraitinin pisləşməsinə baxmayaraq gün ərzində Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problemlər gözlənilmir. Milli.Az bildirir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir.

Qeyd edək ki, Bakıda Yeni ilin ilk günü qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Milli.Az


Tags:  Bakının Beynəlxalq Hava Limanının işində problem gözlənilmir


RƏYLƏR


Top news