Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sarkisyan cəbhə xəttinə getdi

Sarkisyan cəbhə xəttinə getdi

Date: 1 January 2016 10:11

Ermənistan prezidenti Serj Sərkisyan Yeni il ərəfəsində cəbhə xəttində olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sarkisyanı cəbhə xəttinə səfərində müdafiə naziri Seyran Ohanyan müşayiət edib.

Sarkisyan Azərbaycanın Qazax rayonu ilə həmsərhəd bölgədə yerləşən İcevan rayonunda erməni hərbçiləri ilə görüşüb.




Daha əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan sərhəd xəttinə səfər edib.
Nazir əsgərlərin xidmət şəraiti ilə tanış olub.
Nalbandyan əsgərlərlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Ermənistanın səyləri barədə danışıb.
Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb.
17 dekabrda cəbhə xəttində baş verən döyüş toqquşmasından sonra Ermənistan ordusu 3 hərbçisinin öldüyünü açıqlamışdı.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və hərbçilər

Tags:  Sarkisyan cəbhə xəttinə getdi


RƏYLƏR


Top news