Qarla bağlı paytaxt yollarında sürət dəyişikliyi baş verib

Qarla bağlı paytaxt yollarında sürət dəyişikliyi baş verib
11:11 1 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıdaiki avtomobil yolunda .sürət həddi aşağı salınıb.

ANS PRESS-in Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumatına görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR