Qar dörd kəndi işıqsız qoyub

Qar dörd kəndi işıqsız qoyub
11:32 1 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

İlk qar Ucarda fəsadlar törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən axşamdan yağmağa başlayan qar nəticəsində rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Yeni ilin ilk günündən də rayonun Qarabörk, Qazyan, Lək və Xalac kəndlərində gecə saatlarından etibarən enerjinin verilişi dayandırılıb.
 
Ucar Elektrik şəbəkəsindən verilən məlumata görə, elektrik naqillərində baş vermiş qəza səbəbindən rayonun 4 kəndinə enerjinin verilişində fasilə yaranıb.
 
Buna səbəb isə naqillərinin və dirəklərinin istismar müddətini başa vurmasıdır.
 
Hazırda əraziyə təmir briqadası cəlb olunub.
 
Yaxın saatlarda enerjinin verilişi bərpa ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR