Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mənsum İbrahimov: "Mən buna 100 faiz inanıram"

Mənsum İbrahimov: "Mən buna 100 faiz inanıram"

Date: 1 January 2016 14:05

"Bütün dünya azərbaycanlılarını həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həm də 2016-cı ilin gəlişi münasibətilə təbrik edirəm!

Ötən il yaxşı keçdi. Əlbəttə bəzi çətinliklər də oldu. Bu, həyatdır. Həyatda hər şey həmişə yaxşı olmaz ki. Çətinliklər də olar. Bəzən onların olması bizdən asılı deyil. Mən istəyirəm ki, heç kim ümidsiz olmasın və inanıram ki, birgə mübarizəmizin, mehribançılığımızın, xalqımızın həmrəyliyi sayəsində çətinliklərdən üzü ağ çıxacağıq. Mən buna 100 faiz inanıram".

Bunu Milli.Az-a açqlamasında Azərbaycanın xalq artisti, tanınmış muğam ustası Mənsum İbrahimov deyib. 

Xalq artisti qeyd edib ki, bu il çətinliklərə sinə gərmək üçün Azərbaycan xalqınin birlik və mehribançılığa daha çox ehtiyacı var: "Təbii ki, 2016-cı il mübarizə ili olacaq, bütün çətinliklərə hazır olmaq lazımdır. Çünki bizim qarşımızda Qarabağ kimi böyük problemimiz var. Biz o problemi həll etməliyik. Ona görə də hesab edirəm ki, 2016-cı ildə daha çox həmrəy, daha çox bir olmalıyıq. Biz bir yumruq kimi olmalıdır ki, xalq, millət, dövət kimi qarşımıza qoyduğumuz məqsədlərə nail olaq. Mən inanıram ki, biz buna nail olacağıq. Çünki bizim xalqımız çox müdrik və əzmkar xalqdır. Biz ruhdan tez düşən xalq deyilik. Bu günədək o qədər çətinlikləri yaşamışıq ki... Biz 90-cı illərin hadisələrini görmüşük. Ona görə də ruhdan düşmək lazım deyil. İnanıram ki, hər şey yaxşı olacaq. Hər şeyə ümidlə baxmaq lazımdır". 

İlkin İzzət
Milli.Az


Tags:  Mənsum İbrahimov Mən buna 100 faiz inanıram


RƏYLƏR


Top news