Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident: 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı təxminən 7 faiz artmışdır

Date: 1 January 2016 15:13


Bakı, 1 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2015-ci ildə ölkəmizdə kənd təsərrüfatının təxminən 7 faiz artdığını bildirib.
Dövlətimizin başçısı deyib: “Bütövlükdə götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik”.

Tags:  Prezident 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı təxminən faiz artmışdır


RƏYLƏR


Top news