Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Zirə” futbol klubu Rumıniyanın “Tırqu-Mureş” komandası ilə qarşılaşacaq

“Zirə” futbol klubu Rumıniyanın “Tırqu-Mureş” komandası ilə qarşılaşacaq

Date: 1 January 2016 18:03


Bakı, 1 yanvar, AZƏRTAC
Qış fasiləsində təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirəcək “Zirə” futbol klubunun yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Zirə” yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.
Rumıniya çempionatının güclülər dəstəsində çıxış edən “Tırqu-Mureş” hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə komanda çempionatın gümüş medalını qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə etmişdi. Avroliqanın 3-cü mərhələsində Fransanın “Sent-Etyen” klubuna məğlub olan “Tırqu-Mureş” mübarizəni dayandırmışdı.

Tags:  Zirə futbol klubu Rumıniyanın Tırqu-Mureş komandası qarşılaşacaq


RƏYLƏR


Top news