Lənkəranın yeniyetmə şahmatçıları Rusiyadan Vətənə 5 medalla qayıdıblar

Lənkəranın yeniyetmə şahmatçıları Rusiyadan Vətənə 5 medalla qayıdıblar
19:08 1 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 1 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Şahmat Məktəbinin yeniyetmə şahmatçıları Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Şahmat Festivalında 5 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, beynəlxalq idman yarışında lənkəranlı şahmatçı Nəriman Ağayev 12 yaşa qədər şahmatçıların mübarizəsində 7 oyunda 7 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.
Nəriman Ağayev 12 yaşa qədər şahmatçıların mübarizəsində birinci yeri tutduğuna görə 16 yaşa qədər zəka sahibləri ilə yarışmaq hüququ qazanıb.
Bu yaş qrupunda isə ilk üç yerə lənkəranlı şahmatçılar layiq görülüb.
Yeddi oyunda 6,5 xal toplayan Ayan Allahverdiyeva birinci, Hacəli Əhədzadə 6,5 xalla ikinci, Nəriman Ağayev isə 5,5 xalla üçüncü yeri tutub.
Sürətli şahmat yarışında isə lənkəranlı Kənan Əhədzadə bütün rəqiblərindən üstün oyun nümayiş etdirib.
Qeyd edək ki, Beynəlxalq Şahmat Festivalında Rusiyanın 10-a yaxın şəhərindən zəka sahibləri ilə yanaşı, Belarus və Ukraynadan gəlmiş şahmatçılar da iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranin_yeniyetme_sahmatchilari_Rusiyadan_Vetene_5_medalla_qayidiblar-915824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR