Hacıqabulda qışa hazırlıq işləri başa çatdırılıb

Hacıqabulda qışa hazırlıq işləri başa çatdırılıb
00:43 2 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Hacıqabul, 2 yanvar, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə ocaqlarında qışa hazırlıqla bağlı bütün zəruri işlər başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi ilə yanaşı, 5 qəsəbə və 25 kəndin qazlaşdırılması başa çatıb. Qış mövsümünə hazırlıqla əlaqədar qaz təsərrüfatlarında bütün daşıyıcı və paylayıcı qaz xətlərinə, fərdi tənzimləyici və digər avadanlıqlara texniki baxış keçirilib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı da xeyli yaxşılaşdırılıb. Bu məqsədlə 2 yeni transformator quraşdırılıb, nasaz xətt və dirəklər yeniləri ilə əvəz olunub.
Ümumtəhsil müəssisələri də mövsümə hazır vəziyyətə gətirilib. Rayonda fəaliyyət göstərən 32 ümumtəhsil məktəbindən istilik sistemi olanlarda qurğu və avadanlıqlar yoxlanılıb ,istilik sistemi olmayan kənd məktəbləri üçün isə kifayət qədər odun tədarük olunub.
Rayonda fəaliyyət göstərən uşaq bağçaları və səhiyyə ocaqları da qarlı-şaxtalı günlər üçün hazırdır. 76 çarpayılıq Hacıqabul Rayon Mərkəzi Xəstəxanası, eləcə də 15 çarpayılıq Uşaq Tibb Mərkəzi müasir tipli qazanxana sistemi ilə təchiz edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Haciqabulda_qisa_hazirliq_isleri_basa_chatdirilib-915846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR