Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hərbi bazaya hücum: 4 terrorçu öldürüldü

Hərbi bazaya hücum: 4 terrorçu öldürüldü

Eyni ailədən 5 nəfər öldürüldü - DƏHŞƏTLİ QƏTL (29 Mart 2017 00:48)
Bəhreyndə hökümətə hücum planlaşdırılan 14 terrorçu saxlanılıb (27 Mart 2017 08:05)
Hökümətə hücum planlaşdırılan 14 terrorçu saxlanıldı (27 Mart 2017 07:28)

Tarix: 2 Yanvar 2016 10:47

Silahlı şəxslər Hindistanın Pathankot şəhərində Hərbi Hava Qüvvələrinə məxsus bazaya hücum ediblər.
 
APA-nın xəbərinə görə, bu barədə Hindistanın ANI agentliyinin "Twitter" ünvanında məlumat verilib. Hərbçilərlə terrorçular arasında düşən atışmada hücum edən şəxslərdən 4-ü zərərsizləşdirilib. Atışma zamanı iki hərbçi həlak olub.
 
"Silahlı şəxslər və təhlükəsizlik qüvvələri arasında atışma başa çatıb. Atışmada Hindistan Milli təhlükəsizlik Qvardiyasının 50 əsgəri iştirak edib. Lakin bazanın ərazisi hələ ki, silahlılardan təmizlənməyib", - deyə məlumatda bildirilir.
 
Atışmanın 4 saata yaxın davam etdiyi xəbər verilir.
 
"IBNLive" portalı daha bir nəfərin yaralandığı barədə məlumat verib. Mənbənin bu portala verdiyi məlumata görə, silahlı şəxslər Hindistana Pakistanın Bahavalpur şəhərindən 4 gün əvvəl gəliblər.

Milli.Az


Teqlər:  Hərbi bazaya hücum terrorçu öldürüldü



RƏYLƏR


Top xəbərlər