Dubayda otəldəki yanğında azərbaycanlılar xəsarət almayıb

Dubayda otəldəki yanğında azərbaycanlılar xəsarət almayıb
12:51 2 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Dubayda yanğın baş verən oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları olsa da xoşbəxtlikdən onlardan heç biri xəsarət almayıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, ölkəmizin Dubay Əmirliyindəki baş konsulluğu oteldə baş vermiş yanğında xəsarət alanlar arasında vətəndaşlarımızın olmamasını təsdiqləyib.


Hikmət Hacıyev - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Dubayın mərkəzində dünyanın ən yüksək binası "Bürc Xəlifə"nin yanında yerləşən 63 mərtəbəli “Address Downtown” mehmanxanasında yanğın dekabrın 31-də baş verib.

Yanğının səbəbləri hələlik məlum deyil.



Bu otel Yeni ilin qarşılanması üçün ənənəvi məşhur yerlərdən sayılır. Bura hər il dünyanın müxtəlif yerlərindən, o cümlədən Azərbaycandan da minlərlə insan yığılır. Şəhərdə ən böyük salyuta baxmaq üçün insanlar məhz bura yığışır.



Dubayda yerləşən "Bürc Xəlifə" dünyanın ən hündür binasıdır və onun hündürlüyü 829,8 metrdir. Binanın tikintisi 2004-cü il sentyabrın 21-də başlanılıb və onun xarici hissəsinin tikintisi 2009-cu il oktyabrın 1-də başa çatıb.

Bina rəsmi olaraq 2010-cu il yanvarın 4-də açılıb. Binanın tikintisinə 1,5 milyard dollar pul xərclənib və onun layihəsinin müəllifi amerikalı memar Adrian Smithdir.


“Address Downtown” mehmanxanası


Hadisə baş verən ərazi xəritədə


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR