“Nar” “LTE Advanced” texnologiyasını təqdim etməyi planlaşdırır

“Nar” “LTE Advanced” texnologiyasını təqdim etməyi planlaşdırır
12:53 2 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
“Nar” mobil operatoru 2016-cı ildə LTE şəbəkəsini daha da genişləndirərək “LTE Advanced” texnologiyasını (ITE-A) təqdim etməyi planlaşdırır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni texnologiya internetdən 200 meqabayt saniyə sürətində istifadə etməyə şərait yaradacaq.
Qeyd edək ki, “Nar” mobil operatoru ölkədə 4G (LTE) və 3G (HSDP+) şəbəkəsini təqdim edir. Ötən 2 ildə mobil operator şəbəkə həcminin 2 dəfədən çox artırılmasına nail olub. LTE şəbəkəsindən istifadə etmiş abunəçilərin sayı isə 10 mini ötüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nar_LTE_Advanced_texnologiyasini_teqdim_etmeyi_planlasdirir-915867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR