Niiqata prefekturasının Sado adasında ənənəvi Yeni il ayini icra edilib

Niiqata prefekturasının Sado adasında ənənəvi Yeni il ayini icra edilib
15:48 2 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 2 yanvar, AZƏRTAC
Yeni ilin ilk günündə Yapon dənizinin sahilində yerləşən Sado adasında ənənəvi ayin icra edilib. Ayin çərçivəsində al-əlvan kostyum geymiş yerli sakinlər improvizasiya olunmuş “at”larında ətrafdakı evləri gəziblər.
Bu ayin yeni ildə daha bol məhsulun əldə olunmasına və bədbəxt hadisələrin yerli sakinlərdən uzaqlaşdırılmasına çağıran duaları ehtiva edir.
Al-əlvan kostyumlar geymiş onlarla yerli gənc Niiqata prefekturasındakı Sado şəhərindəki sintoist məbədində müxtəlif rəqslər ifa ediblər.
Samandan düzəldilmiş atlarda evləri gəzən gənclər barabanların ifası altında rəqs edərək sakinləri Yeni il münasibətilə təbrik ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Niiqata_prefekturasinin_Sado_adasinda_enenevi_Yeni_il_ayini_icra_edilib-915883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR