Bu ölkədə insanlar kütləvi edam olundu (VİDEO)

Bu ölkədə insanlar kütləvi edam olundu (VİDEO)
16:31 2 Yanvar 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

ANS TV-nin “Associated press” agentliyinə istinadən verdiyi məlumata görə, haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz-Zəhrani və digər din xadimi Şeyx Nimr ən-Nimr də var.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyan edib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər. Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.

Edam edilənlərin 45 nəfəri Səudiyyə vətəndaşı olub və onların əksəriyyəti 2003-2006-cı illərdə terror aktları törətmiş “Əl-Qaidə” üzvləri olduğu bildirilir. Səudiyyə Ərəbistanı kütləvi informasiya vasitələrində isə deyilir ki, edam edilənlər mülki şəxsləri və krallığın təhlükəsizlik qüvvələrini hədəfə alan terror aktları törətməkdə ittiham ediliblər.

2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzaları sərtləşdirilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR