Yeni "körfəz müharibəsi" başlaya bilər

Yeni "körfəz müharibəsi" başlaya bilər
16:47 2 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ İranı beynəlxalq dəniz qanunlarını pozmaqda ittiham edir.

Milli.Az Publika.az-a istinadən bildirir ki, ötən həftə ABŞ-ın hərbi və ticarət gəmiləri Hörmüz boğazından keçərkən İran raket sınağı keçirib. 

ABŞ-ın məsələ ilə bağlı mövqeyi sərt olub. Belə ki, Baş Qərargahın sözçüsü Kule Raines bildirib ki, İran çoxlu sayda hədəfsiz raket atıb.
 
"The National" yazır ki, bu hadisə iki ölkə arasında gərginlik yarada bilər. Çünki Hörmüz boğazı İŞİD-in Suriyadakı qüvvələrinə qarşı əməliyyatlar keçirmək üçün vacib nöqtədir. Vaxtilə İran Bəsrə körfəzinin girişindəki bu boğazı bağlamaqla təhdid etmişdi. Lakin daha sonra nüvə proqramı ilə bağlı razılaşmalar bu məsələləri arxa plana keçirdi.
 
Nəşr qeyd edir ki, faktiki olaraq Hörmüz boğazında vəziyyət gərginləşir və bu, növbəti "körfəz müharibəsinə" səbəb ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR