Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ən böyük McDonald's bağlandı

Ən böyük McDonald's bağlandı

Date: 2 January 2016 17:05

Dünyada ən böyük, ABŞ-ın Orlando (Florida ştatı) şəhərinin yaxınlığındakı McDonald's restoranı qapılarını müştərilərinin üzünə bağlayıb. 

Milli.Az TASS-a istinadən bildirir ki, həmin restoran 1976-cı ildə, məşhur "Disneylend" əyləncə parkının yanında açılmışdı və böyüklüyünə görə tanınırdı. Görünüşcə fri-kartofunun karton qutusunu xatırladan binada həmçinin boulinq zalı, buz meydançası və oyun avtomatları olan əyləncə mərkəzi də vardı.  

McDonald's nümayəndələri bildiriblər ki, bağlanan restoranın yerində yenisi, daha böyüyü tikiləcək. 1750 kv.m sahəyə malik yeni restoran bu ilin fevralında açılacaq. 

1940-cı ildə yaradılan McDonald's şirkəti dünyada eyniadlı fast-fud restoranlar şəbəkəsinə malikdir. Onun baş qərargahı Ouk-Bruk şəhərində (İllinoys ştatı) yerləşir. 2014-cü ildə şirkətin illik gəliri 27 mlrd dollar olmuşdu. 

Milli.Az


Tags:  böyük McDonalds bağlandı


RƏYLƏR


Top news