“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə bayram şənliyi

“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə bayram şənliyi
18:08 2 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 2 yanvar, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisinin nəzdində fəliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verərək, uşaqların inkişafı istiqamətində görülən işlərdən danışıb.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva və başqaları çıxış edərək, iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Uşaqlar Yeni ilin simvolu olan Şaxta baba və Qar qızı böyük sevinclə qarşılayıblar. “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin fidanlarının və şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklər iştirakçılara əsl bayram ovqatı bəxş edib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Inkluziv_Tehsil_ve_Usaq_Inkisaf_Merkezinde_bayram_senliyi-915894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR