Türkmanlar Əsəd ordusuna qalib gəldilər

Türkmanlar Əsəd ordusuna qalib gəldilər
18:12 2 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Bir müddətdir Əsəd ordusu və Rusiya təyyarələri tərəfindən şiddətli hücuma məruz qalan türkmanlar Türkman dağında önəmli təpələrdən birini azad ediblər.

Publika.az türkman mənbələrinə istinadən xəbər verir ki, Türkman dağından Kürd dağına baxan və strateji baxımdan əhəmiyyətli olan Burc əl-Kassab təpəsi Əsəd ordusundan xilas edilib. 
 
Məlumatlara görə, iki gün öncə bu təpə Əsəd ordusu tərəfindən ələ keçirilmişdi. Təpənin yenidən azad edilməsi türkmanlarla eyni səfdə döyüşən müxalifət üçün də vacib addım hesab olunur. Hazırda Türkman dağında türkmanlarla müxaliflərin birləşdiyi hərbi birliklərlə Əsəd ordusu arasında şiddətli atışmalar gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR