Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qobustanın dağ kəndlərinə yol bağlandı - FOTO

Qobustanın dağ kəndlərinə yol bağlandı - FOTO

Date: 2 January 2016 18:52

Güclü qar nəticəsində Qobustan rayonun bir neçə kəndi ilə rayon mərkəzi arasında əlaqə kəsilib.

Milli.Az Report-a istinadən bildirir ki, Qobustan rayonunun ucqar dağ kəndləri olan Xilmilli, Naburxilmilli, Qaracüzlü, Sündü, Təkləmirzəbaba, Qurbançı və Ərəbşahverdi ilə əlaqə kəsilib.
Hazırda sözü gedən kəndlərə heç bir nəqliyyat vasitəsi ilə hərəkət etmək mümkün deyil.
Elektrik enerjisinin verilişində də fasilələr yaransa da günün ikinci yarısında enerji təminatını bərpa etmək mümkün olub.
Hazırda Qobustan rayon ərazisinə qar yağmasa da küləkli və şaxtalı hava şəraiti hökm sürür.

Milli.Az



Tags:  Qobustanın dağ kəndlərinə yol bağlandı FOTO


RƏYLƏR


Top news