Neymar Avropada ilin ən yaxşı braziliyalı futbolçusu seçilib

Neymar Avropada ilin ən yaxşı braziliyalı futbolçusu seçilib
19:18 2 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar 2015-ci ildə Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Neymar Avropada ilin ən yaxşı braziliyalı futbolçusuna təqdim edilən “Qızıl samba” mükafatına ardıcıl olaraq ikinci dəfə layiq görülüb.
Mükafatın sahibi braziliyalı jurnalistlər, ölkənin tanınmış keçmiş futbolçuları və internet istifadəçiləri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşdirilib. Səslərin 37,87 faizini toplayan Neymar Almaniyanın “Bavariya” klubunun hücumçusu Kosta Duqlası (13 faiz) və İtaliyanın “İnter” komandasının yarımmüdafiəçisi Felip Melonu (9,39 faiz) böyük üstünlüklə geridə qoyub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neymar_Avropada_ilin_en_yaxsi_braziliyali_futbolchusu_sechilib-915902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR