Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Su altında şəhər salınır - FOTO

Su altında şəhər salınır - FOTO

Date: 2 January 2016 19:42

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı arxitektor Vinsent Kallebotun müəllifi olduğu layihə əsasında inşa edilən "Aequorea" Rio-de-Janeyroda, okean sahillərində suyun altında salınır.   

"Aequorea"nın bir kompleksi 20 min sakin üçün nəzərdə tutulub. Onun hər yaşayış məntəqəsinin diametri 500 metr olacaq. Mühəndislər sualtı şəhərdə yaşayış üçün yüksək şəraitin yaradılacağını bildirirlər. 
 
Qeyd edək ki, belçikalı arxitektor Vinsent Kallebot gələcək inşa ediləcək şəhərlər üçün uğurlu ekoloji layihələr hazırlamaqda məşhurdur. Onun yeni sualtı şəhər layihəsi isə istifadə edilmiş plastik materiallardan və yosunlardan hazırlanacaq. Yaşayış binalarının bəzi strukturları isə meduzaları xatırladacaq.    
Vinsent Kallebot yeni şəhərin qida ilə təchizatı problemini yaşayış məskənlərinin ətrafında salınacaq hibrid təsərrüfatları hesabına ödəməyi təklif edib. 
 
"Aequorea" təbii ehtiyatlardan və torpaqdan qənaətlə istifadəyə yol açacaq. Habelə okeanın dibinin plastik tullantılarla çirkləndirilməsinin qarşısını alacaq. Üstəlik, layihə uğurla başa çatsa, suyun altında daha 5 şəhərin salınması ideyasına yol açacaq.

Milli.Az










Tags:  altında şəhər salınır FOTO


RƏYLƏR


Top news