Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanın adını dəyişmək istəyən nazir şikəst oldu (FOTO)

Ermənistanın adını dəyişmək istəyən nazir şikəst oldu (FOTO)

Date: 2 January 2016 21:26

Ermənistan təhsil və elm naziri Armen Aşotyan evinin qarşısında yıxılaraq ayağını sındırıb.

ANS PRESS-in məlumatına görə, bu haqda nazirin mətbuat katibi Zoqrap Yeqanyan məlumat verib.

Nazirin mətbuat katibi hadisə ilə bağlı əlavə məlumat verməyib. Bir qədər sonra Armen Aşotyan “Facebook” səhifəsində artıq əməliyyat olunduğunu yazıb. "Bir qədər əvvəl ayağımın əməliyyatı qurtardı.Tez bir zamanda bərpa ola biləcəyimə və adi həyat rejiminə qayıdacağıma ümüd edirəm. Həkimlərə təşəkkür edirəm",- deyə nazir yazıb.

Keçən il Armen Aşotyan ölkənin adını dəyişib, Şərqi Ermənistan Respublikası qoymağ təklifi ilə yadda qalmışdı. “Ölkəmizin adının dəyişməsini mən tarixi ədalətin bərpa olunması, vətənpərvərlik və qanuni tələblərimiz nöqteyi-nəzərindən müzakirə etməyi təklif edirəm. Fikrimcə, erməni dağlığında qurduğumuz dövlətə Şərqi Ermənistan Respublikası adının verilməsi düzgün olardı”, - deyə "Facebook" səhifəsində Armen Aşotyan yazıb.


Armen Aşotyan

Erməni tarixçiləri və ümumiyyətlə, tarix dərsliklərində Ermənistan Şərqi və Qərbi Ermənistanlara bölünür. Şərqi Ermənistan deyəndə, XIX əsrin əvvəlindən Rusiya İmperiyasının tərkibinə daxil edilən, buna qədər isə İranın tərkibində olan ərazi nəzərdə tutulur.Tarixçilərə görə, məhz bu ərazidə sonradan Birinci Ermənistan Respublikası, Ermənistan SSR və bugünkü Ermənistan Respublikası yaradılıb. Qərbi Ermənistanın isə Türkiyə ərazisində qaldığı bildirilir. Və məhz bu ərazidə 1915-1923-cü illərdə ermənilərin qırğına məruz qaldığı iddia edilir.


Türkiyə-Ermənistan sərhədi xəritədə

Odur ki, Ermənistan elm və təhsil nazirinin təklifi sözügedən məqamın xüsusilə qeyd edilməsinə eyhamdır. Onun fikrincə, ölkənin adını dəyişmək məsələsi konstitusiya islahatı yolu ilə həll oluna bilər. O, hələ 2005-ci ildə konstitusiya islahatları toplusu müzakirə olunarkən, “Erməni soyqırımının 100 illik tarixi” yaxınlaşdığını xatırladaraq, belə təklif irəli sürdüyünü bildirib. Ermənilər 20-ci əsrin əvvəlində Osmanlı Türkiyədə “erməni soyqırımı törədildiyini, Birinci Dünya Müharibəsi illəri 1,5 milyondan çox Qərbi Ermənistan yerli əhalisinin həlak olduğunu“ iddia edir.


Tags:  Ermənistanın adını dəyişmək istəyən nazir şikəst oldu FOTO


RƏYLƏR


Top news