Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanında şiə liderinin edamı güclü etirazlar doğurub

Səudiyyə Ərəbistanında şiə liderinin edamı güclü etirazlar doğurub

5 milyon miqrant bu ölkədən çıxarılacaq (12 Mart 2017 12:23)
5 milyon miqrant bu ölkədən çıxarılacaq (12 Mart 2017 11:57)
PLAN AÇIQLANDI: 5 milyon miqrantı ölkədən çıxaracaqlar (12 Mart 2017 10:54)

Tarix: 2 Yanvar 2016 23:08


Bakı, 2 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimrin edamə güclü etirazlara səbəb olub. Küçələrə çıxan minlərlə insan hökumət əleyhinə şüarlar səsləndirib.
AZƏRTAC Vesti.ru informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət ən-Nimrin vətəni Əl-Katif şəhərinə, həmçinin ölkənin şərqində şiələrin çoxluq təşkil etdiyi digər rayonlara onlarla zirehli avtomobil və qoşun hissələri göndərib. Bəhreyndə də nümayişə çıxan şiələri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmək lazım gəlib.
Şiə lideri şeyx Nimr ən-Nimrin edamı təkcə Səudiyyə Ərəbistanında deyil, müsəlman dünyasında kəskin etirazla qarşılanıb. İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib ki, bu hadisə Yaxın Şərqdə qeyri-sabitlik yaranmasına gətirib çıxara bilər. Din xadiminin edamına İran da öz ciddi etirazını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.

Teqlər:  Səudiyyə Ərəbistanında şiə liderinin edamı güclü etirazlar doğurub



RƏYLƏR


Top xəbərlər