Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda ilin ilk ay tutulması (FOTO)

Bu gün ilin ilk Günəş tutulması olacaq (26 Fevral 2017 17:18)
Bu gün ilin ilk Günəş tutulması olacaq (26 Fevral 2017 16:12)
Bu gün ilin ilk Günəş tutulması olacaq (26 Fevral 2017 16:02)

Tarix: 3 Yanvar 2016 02:26

Bu gecə Bakı sakinləri təbiətin xoş bir sürprizi ilə qarşılaşıb. ANS PRESS-in xəbərinə görə, paytaxtda ay tutulması hadisəsi baş verib. Bu təbiət hadisəsi nəticəsində 22 günlük ay paytaxtın şərq tərəfində qırmızı rəngdə görünüb.

Gecə saat 1-2 radələrində baş vermiş hadisəni ANS PRESS-in əməkdaşı görüntüləyib.

Öz orbitində hərəkət edərkən ayın bəzən yerin kölgəsindən keçməsi hadisəsinə ay tutulması deyilir. Bu, planetimizin günəşlə ayın arasında qalması ilə ayın günəşdən aldığı parlaqlığı itirməsi nəticəsində baş verir. Ay saatda 3456 km sürətlə hərəkət etdiyindən ay tutulmasının müddəti 40 dəqiqə ilə 1 saat arasında dəyişir. Bu hadisə zamanı ay tamamilə yerin kölgəsində qalsa da planetimizin atmosferində sınan günəş şüaları təbii peykin üzərində əks olunur və ay mis rəngində müşahidə olunur.







Teqlər:  Bakıda ilin ilk ay tutulması FOTO



RƏYLƏR


Top xəbərlər