Xəyanətə uğrayan prezident yenə evləndi (VİDEO,FOTO)

Xəyanətə uğrayan prezident yenə evləndi (VİDEO,FOTO)
05:36 3 Yanvar 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Estoniya prezidenti Toomas Xendrik İlves üçüncü dəfə evlənib.

ANS PRESS-in məlumatına görə, bu barədə Estoniya prezidentinin dəftərxanasından xəbər verilib.

62 yaşlı prezident Latviya Müdafiə Nazirliyinin əməkdaşı 38 yaşlı İyeva Kuptse ilə ailə həyatı qurub. Dar çərcivədə keçirilən nikah mərasimi Estoniyanın Xaliste qəsəbə kilsəsində qeyd olunub. Mərasimdə cütlüyün yaxınları iştirak edib.


Toomas Hendrik İlves və İyeva Kuptsenin nigahı

Estoniya prezidenti Toomas Hendrik İlves tez-tez mətbuatın gündəmində olan şəxslərdən biri sayılır. 2014-ci il Estoniya prezidenti Toomas Hendrik İlves və onun xanımı Evelina İlves 2004-cü ildə bağlanmış nikahlarını rəsmən pozması ilə yadda qalmışdı. Prezidentin boşammasına səbəb isə arvadının ona xəyanət etməsi olmuşdu. Mətbuatda Evelina İlvesin yad bir şəxslə qucaqlaşaraq öpüşməsi mətbuatının əsas gündəminə çevrilmişdi. Bu şəkillər yayıldıqdan bir müddət sonra ölkə başçısı həyat yoldaşından boşanıb.


Xendrik İlvesin ikinci xanımı olmuş Evelina İlves gənc oğlanla öpüşən zaman

Keçən il isə Toomas Hendrik İlvesin olduğu “Lufthansa” aviaşirkətinin A320 təyyarəsi Berlin aeroportunda məcburi qəza enişi etməli olub. Frankfurt - Tallin reysini yerinə yetirən təyyarənin bortunda pilotlar şüşədə çat aşkar ediblər. Qəza şəraiti yarandığından təyyarənin Berlin aeroportuna endirilməsi qərarı qəbul edilib. Bu hadisəni Tallin aeroportunun mətbuat katibi Lauri Linnamyae təsdiq edib. Layner problemsiz yerə enib və heç kim zərər çəkməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR