Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Etirazçılar Səudiyyə Ərəbistanının konsulluğunu yandırmağa cəhd ediblər

Etirazçılar Səudiyyə Ərəbistanının konsulluğunu yandırmağa cəhd ediblər

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib (17 Mart 2017 12:47)
Səudiyyə Ərəbistanı kralının varisi ABŞ prezidenti ilə görüşəcək (13 Mart 2017 11:27)
Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla görüşə getdi (13 Mart 2017 09:48)

Tarix: 3 Yanvar 2016 09:32

Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına qarşı çıxış edən iranlı etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna hücum ediblər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, etirazçılar tezalışan materialların vasitəsilə binaya od vurmağa cəhd ediblər. Bir neçə iranlı binanı əhatə edən hasarı aşaraq, Səudiyyə Ərəbistanının dövlət bayrağını endirməyə çalışıb.

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb. 

Milli.Az


Teqlər:  Etirazçılar Səudiyyə Ərəbistanının konsulluğunu yandırmağa cəhd ediblər



RƏYLƏR


Top xəbərlər