Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İŞİD 2016-da da öz mövcudluğunu saxlayacaq" - Ağ Ev

"İŞİD 2016-da da öz mövcudluğunu saxlayacaq" - Ağ Ev

Date: 3 January 2016 15:17

İŞİD terror qruplaşması 2016-cı ildə də məhv edilməyəcək.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods bildirib.

"İŞİD öz mövcudluğunu davam etdirəcək. Onu 2016-cı ildə də məhv eləmək mümkün olmayacaq", - deyə o, Ağ Evdə keçirdiyi birifinqdə söyləyib. Ağ Ev rəsmisi İŞİD-i "əl-Qaida" ilə müqayisə edib: "O da az miqyasda olsa da, öz mövcudluğunu saxlamaqdadır".

"Bununla belə, ABŞ İŞİD-i "təhlükəsizlik zona"ların xeyli hissəsindən məhrum etməyə ümid edir. Bu da onun İraq və Suriyada geniş ərazilərə nəzarəti itirməsinə gətirməlidir", - qeyd edib Rods. O, həmçinin Birləşmiş Ştatların Suriyadakı konfliktin siyasi həllinə ümid bəslədiyini qeyd edib.

Milli.Az


Tags:  İŞİD 2016-da öz mövcudluğunu saxlayacaq Ev


RƏYLƏR


Top news