Səudiyyə səfirliyinin yerləşdiyi küçə Nimr ən-Nimr adlanacaq - Tehranda

Səudiyyə səfirliyinin yerləşdiyi küçə Nimr ən-Nimr adlanacaq - Tehranda
15:42 3 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Tehran administrasiyası Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin yerləşdiyi Nilufər küçəsinin adını dəyişdirmək barədə qərar qəbul edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin küçə Səudiyyə hakimiyyəti tərəfindən edam edilmiş şiə din xadimi Nimr ən-Nimrin şərəfinə adlandırılacaq.

Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi aralarında "Əl-Qaidə"nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfərin edam edildiyini bəyan edib. Həmin şəxslər terrorçuluqda və ona təhrik etməkdə ittiham olunublar.

Buna etiraz edənlər Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR