Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ANS-dən niyə ayrıldıqlarını açıqladılar

ANS-dən niyə ayrıldıqlarını açıqladılar

Date: 3 January 2016 15:46

Şoumen Kamran Həsənli ANS-dən ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, K.Həsənli aznews.az-a açıqlamasında bildirib ki, ANS-lə yollarını 1 ay əvvəldən ayırıb. Onun sözlərinə görə, ANS-də müəyyən maliyyə çətinlikləri yaranıb və bu səbəbdən də aparıcılıq etdiyi veriliş bağlanıb.

Telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri Afət Rahilqızı da ANS-lə yollarının ayrıldığını təsdiqləyib:
 
“ANS-dən iki həftə bundan əvvəl çıxmışam”.

Qeyd edək ki, ANS televiziyasından maliyyə problemi yarandığından ixtisarlar olunub. Bu üzdən də ANS kanalı bir neçə tanınmış sima ilə yollarını ayırıb. Onların arasında məşhur şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı da var.


Tags:  ANS-dən niyə ayrıldıqlarını açıqladılar

RƏYLƏR


Top news