Məşhur türk iş adamı Fransada öldü

Məşhur türk iş adamı Fransada öldü
17:12 3 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Türk iş adamı Halis Toprak Fransanın Nis şəhərində vəfat edib. 

Musavat.com-un məlumatına görə, 78 yaşlı iş adamı ürək tutmasından ölüb. Diyarbəkirin Lice rayonunda doğulub boya-başa çatmış iş adamı "Halis Ağa" olaraq tanınırdı. Adanada işləməyə başlayan Halis Toprak 1977-ci ildə İstanbulda "Toprak" inşaat firması yaradıb və bir neçə ay keçdikdən sonra "Toprak" holdinqi qurub.

O, 1992-ci ildə isə holdinqin tərkibində "Toprak Bank"ı qurub. 2001-ci ildə müflis olan bank sığorta fondu tərəfindən müsadirə edilib. 
İş adamı 2009-cu ildə holdinqi oğlu Mehmet Toprağın adına keçirib. Holdinq elə həmin il müflis olub və müsadirə edilib. 
Bir müddətdir Fransada müalicə olunan mərhumun cənazəsi bu gün İstanbula gətiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR