Əfqanıstanda helikopter qəzasında 3 hərbçi həlak olub

Əfqanıstanda  helikopter qəzasında 3 hərbçi həlak olub
17:26 3 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstan silahlı qüvvələrinə məxsus Mi-17 helikopteri qəzaya uğrayıb.

ANS PRESS-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, helikopter ölkənin şərq vilayəti olan Loqarda qəzaya uğrayıb. Bu barədə Əfqanıstanın müdafiə naziri Dövlət Vəziri açıqlama verib.

Məlumata görə, qəza nəticəsində 3 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Helikopterin texniki nasaszlıq səbəbindən qəzaya uğradığı ehtimal edilir.







Əfqanıstanda son vaxtlar hərbi helikopter qəzalarının sayı çoxalıb. 2015-ci ilin avqustunda Zabul vilayətində baş verən qəza zamanı 17 nəfər ölmüşdü. Onlardan 12-si hərbçi, 5-i isə ekipaj üzvü idi.

2015-ci ilin oktyabrında isə Əfqanıstanda bir gündə iki hərbi vertolyot qəzası baş vermişdi. Onlardan biri Loqar vilayətindəki Xarvar rayonunda, digəri isə Bamian vilayətində olmuşdu. Həmin qəzalar zamanı isə 2 hərbçi ölmüş, 5 nəfər yaralanmışdı.


Mi-17 hərbi təyinatlı helikopterlər Rusiya istehsallıdır. Əfqanıstan Hərbi Hava Qüvvələrində əsasən bu helikopterlərdən istifadə edilir. Əfqan aviasiya sistemində ümumilikdə 50 Rusiya vertolyotu mövcuddur. Daha 36 vertolyot isə xüsusi təyinatlıların istifadəsindədir.



Mi-17 hərbi helikopteri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR