Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanının səfirliyinə hücum edən 40 nəfər həbs olunub

Səudiyyə Ərəbistanının səfirliyinə hücum edən 40 nəfər həbs olunub

Date: 3 January 2016 20:23


Tehran, 3 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının səfirliyinə hücum edənlər qanunsuz əməllərinə görə cəzalandırılmalıdır. Onlar İranın beynəlxalq imicinə böyük zərbə vururlar.
Bu sözləri İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücumdan sonra deyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında şiə lideri şeyx Nimir Baqir əl-Nimirin edam edilməsindən sonra bu ölkənin Tehrandakı səfirliyi və Məşəd şəhərindəki konsulluğu qarşısında kütləvi aksiyalar keçirilib. Tehranda səfirliyin qarşısına toplaşanlar binanı yandırıblar.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari səfirliyə hücum edərək yanğın törədən 40 nəfərin həbs olunduğunu bildirib. C.Ənsari qeyd edib ki, Səudiyyə Ərəbistanının Tehrandakı müvəqqəti işlər vəkili Əhməd əl-Müvəlliyəni nazirliyi çağıraraq şiə liderinin və 47 şiənin edamı ilə əlaqədar ona etiraz notası təqdim olunub.
BMT-nin Baş katibi Pan Gi Mun edam xəbərindən sarsıldığını bəyan edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
 

Tags:  Səudiyyə Ərəbistanının səfirliyinə hücum edən 40 nəfər həbs olunub


RƏYLƏR


Top news