İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb

İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb
22:03 3 Yanvar 2016
150 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, meyit yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar olunub.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı “Kursor” gəmisi Xəzər dənizinin Türkmənistan sahillərindən 65 kilometr uzaqda kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Topaz Leqenda” gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici geyimində “Azneft“ yazısı müəyyən edilib.
Əlavə məlumat veriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Itkin_dusen_neftchilerden_daha_birinin_meyiti_tapilib-915970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR