Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fələstinlə Vatikan anlaşdı

Fələstinlə Vatikan anlaşdı

Date: 3 January 2016 22:47

Fələstin muxtariyyatı ilə Vatikan arasında xristianlar üçün önəmli olan abidələrin qorunmasıyla bağlı ötən il bağlanmış müqavilə qüvvəyə minib.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu müqavilə Vatikan missionerlərinin Fələstinin nəzarətində olan ərazilərdə fəaliyyətinə imkan verir.
Vatikan, həmçinin Fələstin-İsrail münaqişəsinin "iki xalq üçün iki dövlət" formulunda həll edilməsinə dəstək verdiyini deyib - bu, Vatikanın Fələstin milli inzibati ərazisininin fələstinlilər üçün hökümət kimi rəsmi tanınması deməkdir.
İsrail bildirib ki, bağlanmış anlaşma Vatikanla münasibətləri pisləşdirə bilər.
Müqəddəs Taxt 2013-cü ilin mayında Fələstini müstəqil dövlət kimi tanıyıb.
Fələstinin muxtar müstəqilliyini bır sıra Avropa ölkələri, ABŞ və İsrail tanımır.
Milli.Az


Tags:  Fələstinlə Vatikan anlaşdı


RƏYLƏR


Top news