Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İraqda hərbi bazaya hücum: 16 ölü

İraqda hərbi bazaya hücum: 16 ölü

Çeçenistanda bazaya İŞİD hücum edib (24 Mart 2017 19:13)
Əfqanıstanda naməlum şəxslər hərbi aerodroma hücum ediblər (11 Mart 2017 19:53)
Malidə silahlı şəxslərin hərbi bazaya hücumu nəticəsində 10 hərbçi ölüb (06 Mart 2017 00:27)

Tarix: 4 Yanvar 2016 07:11

İraqın Tikrit şəhərinin kənarında yerləşən Amerika Birləşmiş Ştatların keçmiş hərbi düşərgəsində terrorçu kamikadze bombanı partlatması nəticəsində ən azı 16 nəfəri ölüb.

ANS PRESS-in məlumatına görə, güclü partlayış nəticəsində 11 nəfər ağır yaralanıb.

Düşərgənin qərb qapıları tərəfdə də 5 terrorçu kamikadzenin zərərsizləşdirildiyi bildirilir. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Ölənlərin çoxu polis olub.

Bir müddət əvvəl İraq hökümət qüvvələri Ramadi şəhəri İŞİD silahlılarından təmizlədiyini elan edib. Amma buna baxmayaraq İŞİD-lə İraq höküməti ilə hələ də qarşıdurmalar davam edir.

Xüsusən Şəhərin mərkəzində və şimal-şərqində şiddətli döyüşlər gedir terrorçularla yanaşı İraq qüvvələri də böyük itki verir. Ramadi şəhəri 2015-ci ilin may ayında İŞİD qruplaşması tərəfindən işğal olunmuşdu.

Amma dekabrın sonlarında İraq Qüvvələri anti İŞİD koalisiyasının dəstəyi ilə şəhərdə nəzarəti bərpa edib.


Teqlər:  İraqda hərbi bazaya hücum 16 ölü



RƏYLƏR


Top xəbərlər