Ceyhun Günayla münasibətləri haqda: "Utanırdım ki..." - FOTO

Ceyhun Günayla münasibətləri haqda: "Utanırdım ki..." - FOTO
10:12 4 Yanvar 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

"Qala" qrupunun rəhbəri, bəstəkar-müğənni Ceyhun Əliyev sosial şəbəkələrdə Günay İbrahimli ilə bağlı ona verilən suallara nöqtə qoymaq istədi.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl küsülü olan sənətçilərin barışmasını həzm etməyənlər var. Günayı bəyənməyənlər Ceyhunun səhifəsində mənfi fikir bildirməkdə davam edirlər, bu isə kişi sənətçini danışmağa vadar edib:

"Tez-tez sual verirlər ki, Günayla barışdız? Onunla niyə barışdız və s. Biz düşmən deyildik. Ailədə də xırda söz-söhbət olur. Günay "Bəlalı" duetimizin mahnısına daha yaxşı klip çəkilməsini istəyirdi. Mən səbirsizlik edirdim, çünki başqa mahnıların hazırlığına başlamalı idim. Bu və eyni zamanda, kənar təpkilər münasibətimizə təsir etdi. Günayın özünü və ailəsini yaxından tanıyıram və hörmətim sonsuzdur. Valideynləri ziyalı insandır. Onların övladı pis ola bilməz. İnsanlar bizdən tez-tez duetlərimizi istəyir. Necə küsülü qala bilərdik? Küsülü qalanda, utanırdım ki, niyə danışmırıq, niyə aramızda söz-söhbət olub? Soyuqluğu aradan qaldırdıq. Artıq dost münasibətlərimizə kimsə xələl gətirə bilməz. Günaya hətta bir bəstəmi təmənnasız təqdim etmişəm, yaxın günlərdə ifa edəcək. Arada görüşüb, bir-birimizə məsləhətlərimizi veririk, planlarımızdan danışırıq". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR