Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan "donuz qripi" ilə bağlı hərəkətə keçdi

Azərbaycan "donuz qripi" ilə bağlı hərəkətə keçdi

Date: 4 January 2016 11:21

Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

ANS PRESS -in cənub bürosundan aldığı məlumata görə, buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.

Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır.

Biləsuvar Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, bayram günlərinə baxmayaraq, qurumun baytar briqadaları “donuz qripi” ilə əlaqədar sərhədyanı kəndlərdə dezinfeksiya işlərinə cəlb olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə sahə baytar həkimlərindən ibarət növbətçilik sistemi yaradılıb.

Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır.


Bir müddət əvvəl İranda yayılan bu xəstəlik nəticəsində ölənlərin sayının 35 olub. Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib.

Onun sözlərinə əsasən, hazırda virus İranın iki əyalətində geniş yayılıb. Bunlar cənub-qərb əyalətləridir. Girman vilayətinin inzibati mərkəzində virusdan 28 nəfər, Sistan və Bəlucistan vilayətlərində isə daha 5 nəfər ölüb. Ölüm sayının artacağı istisna edilmir.

İran səhiyyə nazirliyi bildirir ki, virusun tezliklə Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətlərinə və paytaxt Tehrana da yayılacağı gözlənilir.Ölkənin səhiyyə müəssisələrinə virusa yoluxmuş 600-dan çox xəstə daxil olub.


Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirmişdilər ki, "Azərbaycanda "donuz qripi" xəstəliyinin yayılma ehtimalı yoxdur.

"Bilirik ki, İranda donuz qripi yayılıb. Lakin narahatlığa heç bir əsas yoxdur. Nazirlik hər an belə halları nəzarət altında saxlayır. İrana sərhəd olan ərazilərdə də səhiyyə yüksək səviyyədə təşkil olunub", - deyə Səfayə Əhmədova əlavə etdi.

Onun sözlərinə görə, təkcə, virusların yayıldığı vaxtda deyil, ümumiyyətlə, hər zaman Səhiyyə Nazirliyi xəstəlikləri nəzarətdə saxlayır və bu istiqamətdə lazımi tədbirlər görülür.


Səfayə Əhmədova - Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı

“Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.


"Donuz qripi"nin ən çox yayıldığı ölkələr

Tags:  Azərbaycan donuz qripi bağlı hərəkətə keçdi


RƏYLƏR


Top news