Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda xanım sürücü polisi öldürdü

Bakıda xanım sürücü polisi öldürdü

DYP reyd keçirib, 200-ə qədər qadın sürücü saxlanılıb (08 Mart 2017 16:37)

Tarix: 4 Yanvar 2016 12:12

Bakının Nizami rayonu ərazisində baş verən yol qəzası nəticəsində polis əməkdaşı dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, virtualaz.org-a bunu Nizami Rayon Polis İdarəsindən bildiriblər.

Yanvarın 4-nə keçən gecə, saat 00.50-də Füzuli küçəsindəki 69 saylı binanın qarşısında Seyran Seyidovun idarə etdiyi "Kia Cadenza" Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus "Volswagen Polo" markalı xidməti maşınla toqquşub.

Nəticədə "Volswagen Polo"nun sürücüsü, polis serjantı, 1984-cü il təvəllüdlü Şirinov İsa Süleyman oğlu hadisə yerində keçinib, onun sərnişini - 1982-ci il təvəllüdlü Ələkbərov Bəhram Əzizağa oğlu isə kəllə-beyin xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hazırda qəzanın təfərrüatları araşdırılir.

Milli.Az


Teqlər:  Bakıda xanım sürücü polisi öldürdü



RƏYLƏR


Top xəbərlər