Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bəlkə də yeganə müğənniyəm ki, Azərbaycanı çox sevirəm"

"Bəlkə də yeganə müğənniyəm ki, Azərbaycanı çox sevirəm"

Date: 4 January 2016 12:27

Müğənni Niyam Səlami Türkiyə şou-biznesindən danışıb. Repertuarında türk mahnıları yer alsa da, müğənni qonşu ölkənin şou-biznesinə qatılmaq barədə düşünmür.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu barədə o, yerli kanallardan birinə açıqlamasında deyib:

"Türk mahnıları oxuyuram. Amma Türkiyə şou-biznesinə qoşulmağı düşünmürəm. Bəlkə də yeganə müğənniyəm ki, Azərbaycanı çox sevirəm. Mənlik deyil başqa şou-biznesdə olmaq. Ancaq "iki dövlət, bir millət" saydığımız Türkiyəyə konsertə və tədbirlərə gedə bilərəm. Qəribə insanam və belə yaranmışam, dəyişmək istəmirəm. Həmişə yaxşılığa doğru getmək istəyirəm. Sənətçi tamamlanmamış insan olmalıdır. Ola bilməz ki, sənətçilərdən hansısa desin "mənim hər şeyim yerimdədir". Hər şey övlad, ailə, həyat yoladaşı demək deyil".

Milli.Az


Tags:  yeganə müğənniyəm Azərbaycanı çox sevirəm


RƏYLƏR


Top news