Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsmayıllıda qarın törətdiyi fəsadlar aradan qaldırılıb

İsmayıllıda qarın törətdiyi fəsadlar aradan qaldırılıb

Date: 4 January 2016 18:08


İsmayıllı, 4 yanvar, AZƏRTAC 
Dekabrın son günlərində başlayan və yanvarın 1-i gecə daha da şiddətlənən qar İsmayıllıda bir sıra fəsadlar törətmişdi. Yağan qarın qalınlığı rayonun şimal ərazilərində 70-75 santimetrə, İsmayıllının özündə isə 45 santimetrə çatmışdı. Nəticədə Lahıc qəsəbəsinə gedən yolun Namazgah kəndindən keçən hissəsində qar uçqunu baş vermiş, bir sıra kənd yollarında avtomobillərin hərəkətində problemlər yaranmış, 12 kənd işıqsız qalmışdı.
Rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev AZƏRTAC-a bildirib ki, rayonda yağan güclü qarın fəsadları artıq tamamilə aradan qaldırılıb. Lahıca gedən yola xidmət edən 67 saylı yol istismar idarəsinin işçiləri ağır texnikanın, o cümlədən 2 ədəd buldozerin, ekskavatorun köməyi ilə yolu qar uçqunundan təmizləyərək hərəkəti bərpa ediblər. On iki kənddə elektrik xətlərindəki problemlər aradan qaldırılıb, həmin yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa edilib. Bır sıra digər kəndlərdə də yollar qardan təmizlənib, rayon mərkəzi ilə əlaqə bərpa edilib.


Tags:  İsmayıllıda qarın törətdiyi fəsadlar aradan qaldırılıb


RƏYLƏR


Top news